ENİNƏ-UZUNUNA ÖLÇMƏK
ERKƏK ƏNCAMƏ
OBASTAN VİKİ
Gəzmək gəzmək (film, 2003)
"Sevgi yolları ilə" (hind चलते चलते) — 2003-cü ildə baş rolda Şahrux Xan və Rani Mukhercinin yer aldığı Bollivud filmidir. Əziz Mirzənin rejissorluq etdiyi bu film Kasablanka Film Festivalında nümayiş etdirilib. == Musiqi == Filmin musiqiləri Jatin-Lalit və Adeş Şrivastava tərəfindən bəstələnib. == Məzmun == Filmin başlanğıcında bir qrup dost boulinq xiyabanına yığışıb Səlimi gözləyirlər. Şitalın müasir dövrdə olan əsl sevgi hekayətlərindən ibarət kitabı var. O, dostlara Rac və Priyanın hekayətini danışmağa başlayır. Rac Malhotra "Rac Transport" şirkətində işləyir. Rac qayğısız, dərd-qəmsiz, olduqca nizamsız, tənbəl və bu zaman üçün gecikmiş adamdır. Amma varlı olmadığına baxmayaraq çox xoşbəxtdir. Priya Çopra isə varlı ailədən olan dizaynerdir.
Piyada gəzmək
Piyada gəzmək — Piyada gəzmək, yürüşə çıxmaq təkcə bədən üçün deyil, zehin üçün də faydalıdır. Yürüşə çıxarkən beynin ifraz etdiyi maddə qayğı və narahatlığı azaldır. Yaradıcılıq qabiliyyətinizi inkişaf etdirər. == Haqqında == Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır.Piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir. Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır. Sağlam və dərin yuxu arzusunda olanların axşam gəzintisinə bir saat vaxt ayırması kifayətdir.
Uzununa dayanıqlıq
Uzununa sabitlik, Uzununa dayanıqlıq və ya Uzununa stabillik, təyyarənin burun-quyruq oxunda, yer düzlüyünə paralel olan düzlükdəki sabitliyini ifadə edir. Bir təyyarə, burun yuxarı və ya burun aşağı enərkən bir problem yaşayanda orijinal vəziyyətinə qayıtmağa meyl edərsə, buna uzununa dayanıqlıq deyilir. Əgər problem istiqamətində daha çox problemlərə meyllidirsə, bu dəfə uzununa qeyri-stabil adlandırılır. Uzununa qeyri-stabil təyyarələrdə baş verən problemdən sonra pilot müdaxiləsi baş vermirsə, təyyarə saxlanma itkisinə uğrayır.
Eninə axtarış alqoritmi
Eninə axtarış alqoritmi (Breadth-first search) - Qraflar nəzəriyyəsində qrafda axtarış etmək üçün istifadə olunan strategiyadır. Eninə axtarış alqoritmi kök (başlanğıc) nöqtədən başlayır və bütün qonşu nöqtələri yoxlayır. Bütün qonşu nöqtələri yoxladıqdan sonra bu qonşuların bütün qonşularını yoxlayır və alqoritm bu şəkildə davam edir.
Eninə zolaqlı əzələ
Eninəzolaqlı əzələ hüceyrələri, uzun və silindr şəklində hüceyrələrdir. Bir əzələ teli boyunca birdən çox nüvə mövcud olur. Əzələ hüceyrələrinin sərhədləri müəyyən deyil və sitokinez (sitoplazma bölünməsi) görülmür. Beynin idarəsində, iradi çalışırlar. Düz kassa nisbətlə daha sürətli sıxılırlar. Oynaq qıçlılardakı əzələlər bu tipdəndir. Eninəzolaqlı əzələ liflərində açıq və tünd bantlar, xüsusi zülalların fərqli nizamda sıralanmasından meydana gələr. Bu zülallar aktin (açıq) və miyozin (tünd) dir.
Uzununa dalğalar (P)
P dalğaları — dalğanın yayılması istiqamətində elastik mühitin elementar hissəciklərinin rəqslərinə səbəb olan və mühitdə həcmli sıxılma-gərilmə deformasiyaları yaradan elastik uzununa dalğalardır. Həcmi dalğalar arasında ən sürətli, buna görə də Latın "prima" — ilkin "P-dalğaları" adını aldılar. Bərk, maye və qazlarda yayıla bilir. == Haqqında == Seysmik dalğalar – süxurlarda elastik (mexaniki) vibrasiyaların enerjisini daşıyan dalğalardır. Seysmik dalğanın mənbəyi zəlzələ, partlayış, vibrasiya, zərbə, eləcə də süxurlarda elastik vibrasiyaların yaranmasına səbəb olan hər hansı təsir ola bilər. Seysmik dalğalar seysmologiya və kəşfiyyat geofizikasında öyrənilir. Seysmik dalğaların yaratdığı titrəyişləri qeyd etmək üçün seysmik stansiyalara qoşulmuş müstəqil seysmik qeydlər və ya qəbuledicilərdən istifadə olunur. Dalğanın yayılma sürəti dalğanın yayıldığı mühitin sıxlığından və elastik modullarından asılıdır. Seysmik dalğaların sürətləri adətən dərinlik artdıqca artır, yer qabığının yuxarı hissəsində 1–8 km/s, mantiya səviyyəsində isə 13 km/s təşkil edir. Seysmik dalğaların tezliyi fraksiyalardan bir neçə yüz herts aralığında dəyişir.
Nernst-Ettinqshauzen eninə effekti
1886-ci ildə maqnit sahəsində yerləşən, temperatur qradienti olan keçiricidə maqnit sahəsinə və istilik axına perpendikulyar istiqamətdə elektrik sahəsinin yaranması kəşf olunub. == Nernst - Ettingshauzen eninə effektin elementar nəzəriyəsi == Boyunca sabit istilik axını olan paralelepiped formalı keçiriciyə baxaq. Əgər keçiricini B induksiyalı maqnit sahəsinə perpendikulər yerləşdirilərsə, Lorens qüvvəsinin təsiri ilə müsbət yükdaşıyıcılar Şək.1 göstərilmiş C səthinə meyl edəcəklər. Nəticədə bu səthdə yükdaşıyıçıların "yığılması" elektrik sahəni yaradacaq. Bu elektrik sahə də öz növbəsində maqnit sahəsinin meyl etdirici təsirini kompensə edir, C və D səthlərin arasında potensial fərqi yaranır.
Yala bənzər uzununa dyunlar
грибова́р замеря́ть мотого́нки по-обыкнове́нному полёт портно́вский пря́сться рак архитектони́ческий жа́тка мирова́я нарва́ть сма́чивать энтери́т комиссар acquittance bomb room fruit-bud recognizance shuffler Venezuelan затруднение ложиться учитывать целина